• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1831
— 29.04.2019 18:22

262 nəfəri it dişləyib

KepezTV Player

262 nəfər. Bu son dörd ayın şəhər üzrə rəsmi statistik rəqəmidir. Aya orta hesabla təxminən 65 nəfər. Rəqəmlər Gəncədə də vəziyyətin ürəkaçan olmadığını deməyə əsas verir. Söhbət nədən gedir və insanları qorxu içərisində saxlayan bu halı necə düzəltmək olar? Elton Cabbarlının sujetində biləcəyik.

Son vaxtların əsas mövzusu sahibsiz küçə itlərinin insanlara hücumudur. Kimisinə xəsarət yetirən, kimisinə qorxu yaradan bu heyvanın yaz-yay aylarında hücuma meyilli olmasını mütəxəssislər təsadüf hesab etmirlər. Bu aylar itlərdə cütləşmə dövrü olduğundan, daha çox aqressivlik nümayiş etdirirlər. Və hücumla nəticələnən bu aqresivlik nəticəsində ötən il Gəncədə 800-ə yaxın vətəndaşı it dişləyib. Bu ilin arxada qalan dövründə isə it dişləməsindən 262 nəfər həkimə müraciət edib.

İt dişləyən şəxslərin müraciət etdiyi ilk məkan isə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının zədə məntəqəsidir. Zərdab və vaksinlərlə təmin olunan tibbi məntəqədə lazımı yardım göstərmək üçün şərait mövcuddur.

Şəhər ərazisində sahibsiz itlərin sayı dəqiq bilinməsə də, Gəncə Şəhər Baytarlıq İdarəsindən 500-ə qədər sahibli itin siyahıya alındığını və mütəmadi müayinədən keçirilərək peyvənd edildiklərini bildirilir.

Gəncədə sahibsiz heyvanlar üçün sığınacaq mövcud olmadığından həkimlər küçədə sahibsiz it gördükdə ona yaxınlaşmamağı və onlarda aqresiyya yaradacaq hərəkətlərdən çəkinməyə çağırır. İt və digər quduzluq virusu daşıyıcısı olan heyvan hücumuna məruz qaldıqda isə gec olmadan həkimə müraciət etmələrini vacib hesab edilir.