• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1905
— 27.04.2019 18:48

Gəncədə yaşayış binaları təmir olunur

KepezTV Player

Gəncədə aparılan abadlıq quruculuq işləri çərçivəsində şəhərin bir neçə küçə və prospektində mövcud olan yaşayış binalarının əsaslı şəkildə təmiri aparılır. Bu məqsədlə Heydər Əliyev və Şah İsmayıl Xətair prospektində, Azərbaycan Bayrağı və Rüzigar Qasımov küçələrində binaların dam örtüyü yenilənir, köhnə fasad hissələri qarşınaraq suvanır, eyvan hissələri isə Gəncənin milli arxitektur görnüşünə əsasən qurulur. Aparılan işlər ilkin olaraq 15 yaşayış binasını əhatə edir. Bir neçə aydır ki, aparılan işlərin yaxın vaxtlarda tam olaraq yekunlaşdırılması nəzərdə tutulur. Bununla yanaşı şəhərin Şah İsmayıl Xətai prospetini Şəmkir yolu istiqamətinə doğru asfaltlanır.

Anar Əliyev iş icraçısı: Aparılan abadlıq işləri Heydər Əliev, Şah İsmayıl prospektində, Səbuhi Xasıyev küçəsində 3,4 və 5 mərtəbəli binalarda görülür. Hazırda bir neçə binamızdaaişlər yekunlaşmaq üzrədir, bir neçəsində isə suvaq və eyvanlar yenilənir.

Alpay Çelik usta: Bu binada fasadların bərpa edilməsi, köhnə yerlərin dağıdılması, yenidən suvanmasıvə balkonların yarasız yerlərinin sökülərək yenidən müasir üslubda qurulması işləri görülür. Binaları yaxşı bir səviyyəyə gətirib, əhalinin istifadəsinə vermək üçün çalışırıq.