Problemli kreditlərin həlli ilə bağlı Prezident İlham Əliyevin 28 fevral tarixli fərmanı üzrə Bank Olmayan Kredit Təşkilatları və bağlanan bankların müştəriləri aprelin 22-dən Azərpoçtun respublika üzrə 1497 şöbəsindən kompensasiyalarını ala bilirlər. Prosesin başladığı ilk 3 günün statistikasına görə 31 min 336 nəfər 500 manatdan aşağı kompensasiyası olan vətəndaş ona düşən məbləği nağd olaraq alıb və bu məqsədlə “Azərpoçt”dan 8 milyon 444 min 73 manat 71 qəpik vəsaiti nağd formada əldə edib.Mayın 1-dən etibarən isə kompensasiyası 500 manatdan yuxarı olan vətəndaşlar onlar üçün ayrılmış poçt şöbələrindən məbləğlərini qeyri-nağd formada, yəni kart vasitəsilə alıb, nağdlaşdıra biləcəklər. Paytaxt Bakı istisna olmaqla, respublika ərazisində Sumqayıt, Gəncə, Tovuz, Qazax, Yevlax, Ağdam, Masallı, Cəlilabad, Şəmkir ərazisinə düşən kart sayı 1000-dən yuxarı, digər bölgələrdə isə 1000-dən aşağıdır.
- Baxış: 996