Şəhər icra hakimiyətini başçısı ilə görüşən səfirə Gəncənin ictiami, siyasi və mədəni həyatı barədə ətraflı məlumat verilib. Hər iki ölkə arasında mövcud olan tarixi əlaqələrdən söz açılıb. Gəncə şəhəri ilə Almaniyanın bəzi şəhərləri və şirkətləri arasında yaradılacaq iqtisadi əlaqələrdən danışılıb. Alman iş adamlarının Gəncə şəhərinə səfirlik vasitəsilə dəvətləri müzakirə olunub. Daha sonra xarici qonaqlar Qafqaza köçən almanların əzmkarlığı, dözümlülüyü və yaradıcılığına həsr olunan “Germanaijan” sərgisinə qatılıblar. Burada 200 il bundan əvvəl Azərbaycana, xüsusilə də qərb bölgəsinə köçən almanların həyat tərzini, mədəniyyətini, məişət şəraitini əkd etdirən eksponatlar nümayiş etdirilib. Hər iki ölkənin təşkilatçılığı ilə “Mədəni irsin qorunması proqramı” çərçivəsində həyata keçirilən sərgi tamaşaçıların böyük marağına səbə olub.
Mixael Kindsqrab - Almaniyanın Azərbaycandakı səfiri “Almaniya ilə Azərbaycan arasında əlaqələr hələ 2 əsr bundan əvvəl də çox möhkəm dostluğa söykənib. Bura gələn almanlara xoş münasibət o qədər yüksək olub ki, artıq həmin almanlar buranı özləri üçün ikinci vətən adlandırıblar. Alman irsininin bölgədə qorunması və təbliğ olunması üçün mütamadi işlər aparırıq. Keçirilən sərgi də buna bariz nümunədir.
- Baxış: 758