Azərbaycanda problemli kreditlərin həlli ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasında yaradılmış Apellyasiya Komissiyası yaxın günlərdə fəaliyyətə başlayacaq. Komissiya sözügedən məsələ ilə bağlı Prezident İlham Əliyevin fevralın 28-də imzaladığı fərmanın əhatə dairəsinə düşməyən vətəndaşların şikayətlərini araşdıracaq. Həmin şəxslərin müraciətləri onlayn rejimdə qəbul ediləcək və hər müraciətə 14 iş gün müddətində baxılıb cavab verilməsi nəzərdə tutulub. Apellyasiya Komissiyası ilə yanaşı, banklarda da problemli kreditlərlə bağlı işçi qrupları fəaliyyət göstərəcək və vətəndaşları narahat edən məsələlərə aydınlıq gətirəcəklər. Güzəştlərdən faydalanacaq müştərilərin siyahısı ilkin olaraq dəqiqləşdirilib və fiziki şəxslər bu siyahıda adı olub-olmamasını problemli kreditləri üzrə kompensasiya ödənişi və restrukturizasiyası ilə bağlı yaradılan portal vasitəsi ilə yoxlaya bilərlər.
- Baxış: 176