• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 747
— 12.04.2019 18:43

Təhsil Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb

KepezTV Player

Təhsil Nazirliyi və Baş Prokurorluq məktəblinin ölümü ilə bağlı birgə məlumat yayıb. Bildirilib ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 15 yaşlı Elina Hacıyevanın ölümü ilə bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlayıb. Hazırda məktəblinin ölümünün səbəbi və müddəti, təcili tibbi yardım xidmətinə vaxtında müraciət olunub-olunmaması,  həkim briqadası tərəfindən yerində və xəstəxanada lazımi tibbi yardımın göstərilib-göstərilməməsi, müayinə və müalicənin diaqnoza uyğun qaydada aparılıb-aparılmaması, onun xəstəxanaya gec çatdırılması ilə ölümü arasında səbəbli əlaqənin olub-olmaması və sair əhəmiyyət kəsb edən halların aydınlaşdırılması üçün komisyon məhkəmə-tibb ekspertizası təyin edilib. Cinayət işi üzrə istintaqın obyektivliyinin təmin olunması məqsədilə təhsil nazirinin tapşırığına əsasən məktəbin direktoru və tərbiyə işləri üzrə direktor müavini ilə əmək müqavilələrinə xitam verilməsi, şagirdin təhsil aldığı sinfin rəhbərinə qarşı müvafiq intizam tədbirlərinin görülməsi, məktəbin psixoloqunun işdən kənarlaşdırılması, məktəbə təcrübəli psixoloqun təyin edilməsi qərara alınıb.