O, 8-ci turda Rusiya təmsilçisi Sergey Karyakini məğlub edərək xallarının sayını 6-a yüksəldib və 4-cü dəfə yarışın qalibi adını qazanıb. Təmsilçilərimizdən Teymur Rəcəbov cari turda Hindistan təmsilçisi Vişvanatan Anandla xalı yarı bölüb. Şəhriyar Məmmədyarov da Aniş Qriylə görüşdə sülh bağlayıb. Digər qarşılaşmalarda Dinq Liren Veselin Topalovu, Aleksandr Qrişuk David Navaranı ağ bayraq qaldırmağa məcbur edib. Bu turun ardından turnir cədvəlinə 6 xalla Maqnus Karlsen başçılıq edir. Aktivlərində 4.5 xal olan Dinq Liren, Aleksandr Qrişuk və Sergey Karyakin 2-4 yerləri bölüşürlər. 4 xala malik Teymur Rəcəbovla Vişvanatan Anand 5-6-cı pillələrdə qərarlaşıblar. 3.5 xalla David Navara və Veselin Topalov 7-8-ci, 3 xalı Şəhiyar Məmmədyarov 9-cu, 2.5 xal toplayan Aniş Qri 10-cu sıradadı. Bu gün sonuncu – 9-cu tur çərçivəsində Teymur Rəcəbov David Navaraya, Şəhriyar Məmmədyarov Sergey Karyakinə qarşı oynayacaq. Digər görüşlərdə Maqnus Karlsen Aleksandr Qrişukla, Vişvanatan Anand Veselin Topalovla, Dinq Liren isə Aniş Qriylə üz-üzə gələcək.
- Baxış: 630