• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2551
— 08.04.2019 15:58

Bir gecədə 11 maşını soydular

KepezTV Player

Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən Gəncə şəhər sakini Nicat Qasımzadə cinayət başında tutularaq ərazi üzrə 37-ci Polis Şöbəsinə təhvil verilib. Ətrafında araşdırma aparılan zaman onun bir gecədə 11 avtomobilin şüşəsini sındırdığı məlum olub. Qasımzadə qeyd edilən cinayətləri paytaxt sakini Ceyhun Abbasovla birlikdə törətdiyini bildirib. Ceyhun Abbasov bir neçə ay əvvəl analoji cinayətlər etdiyi üçün polislər tərəfindən saxlanılsa da, həmin vaxt yetkinlik yaşına çatmadığından onun barəsində həbs qətimkan tədbiri seçilməmişdi.

Araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvləri avtomobillərin salonlarından əsasən pul və digər qiymətli əşyalar oğurlayıblar.

Faktla bağlı 37-ci Polis Şöbəsində saxlanılan şəxslər barəsində toplanan materiallar araşdırılması üçün Xətai RPİ-nin İstintaq Şöbəsinə göndərilib, əməliyyat istintaq tədbirləri davam etdirilir.