Şəmkirdə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım mərasimi keçirilib. Yüzlərlə şəmkirli soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidə-kompleksini ziyarət edib. Heydər Əliyev mərkəzində təşkil edilən tədbirdə ermənilərin xalqımızın başına gətirdikləri faciələrdən danışılıb. Erməni faşistlərinin törətdikləri soyqırımı aktlarının təkcə miqyasına və coğrafiyasına görə deyil, kütləviliyinə və mahiyyətinə görə də insanlığa sığmayan bəşəri cinayət olduğu xatırlanıb. 31 mart tarixinin soyqırımı günü elan edilməsində ulu öndər Heydər Əliyevin xidmətləri vurğulanıb, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti qeyd olunub. Sonda iştirakçılar 31 mart soyqırımının acı həqiqətlərindən bəhs edən filmə tamaşa ediblər. Filmdə yüz minlərlə soydaşımızın terror və təcavüzə məruz qalaraq qətlə yetirildiyi, doğma torpaqlarından deportasiya olunduğu konkret faktlarla diqqətə çatdırılıb.
- Baxış: 477