• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2215
— 18.03.2019 19:22

Azərbaycan-Türkiyə xalq rəqslərinin nümayişi olub

KepezTV Player

Novruz bayramı münasibəti ilə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Şəhər İcra Hakimiyyətinin dəstəyi, Türkiyənin Gəncədəki Baş Konsulluğu, Bakı Yunus Emre İnstitutunun təşkilatçılığı ilə “Novruz bayramında Azərbaycan-Türkiyə Xalq Rəqslərinin Nümayişi” olub. Tədbirdə Türkiyə Cümhuriyyəti Atatürk Universitetinin 13 nəfərlik kollektivi və Fikrət Əmirov adına Rəqs Ansamblının üzvləri eyni səhnəni paylaşaraq iki ölkənin mədəni əlaqələrinin daha da güclənməsinə öz töhfələrini veriblər. Azərbaycan və Türkiyə rəqqaslarının təqdim etdikləri  zəngin repertuar tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanıb.