• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1727
— 18.03.2019 12:19

9-cuların ilk sınağı

KepezTV Player

Dövlət imtahan Mərkəzi tərəfindən Respublikanın 29 şəhər və rayonunda 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi keçirilib. Azərbaycan dilindən 2 mətn üzrə 20 qapalı və açıq tipli tapşırıq, riyaziyyatdan 10 açıq tipli, xarici dildən isə dinləmə mətni və 15 tapşırıq verilib. Şagirdlər 3 saat müddətində biliklərini sınaqdan keçiriblər. Şəmkir şəhəri üzrə imtahanların idarə olunması üçün 20 imtahan rəhbəri, o cümlədən 244 nəzarətçi-müəllimin iştirak edib. 7 binada həyata keçirilən imtahanda təhlükəsizliyin təmin edilməsi, hər hansı xoşagəlməz halın yaşanmaması üçün imtahan mərkəzlərinə Daxili İşlər və Fövqəladə hallar Nazirliklərinin və təcili tibbi yardımın əməkdaşları cəlb edilib.