• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 916
— 14.03.2019 20:41

Şəmkirdə oğurluqla məşğul olan dəstə saxlanılıb

KepezTV Player

Şəmkir polisi ötən ildən bağlı qalan oğurluq cianyətinin üstü açıb. 3 nəfərdən ibarət dəstə üzvləri evdə heç kimin olmamasından istifadə edərək mənzildən xeyli miqdarda qiymətli əşyaları oğurlayıblar. Maraqlı məqamlardan biri də oğurluq edən şəxslərdən birinin ev sahibinin doğmaca xalası oğlu olmasıdır.

Şəmkir rayonunun Təzəkənd kənd sakini Hacı Hacıyev ötən il mayın 5-də Rayon polis şöbəsinə ərizə ilə müraciət edərək may 4-dən 5-nə keçən gecə qardaşı Bəxtiyar Hacıyevə məxsus mənzildə oğurluq tərədildiyini bildirib. Əməliyyat axtarış tədbirlərinə başlayan Şəmkir polisi nəhayət bu ilin mart ayında oğurluq edən şəxslərin kimliyini müəyyən edə bilib. Məlum olub ki, cinayəti zərərçəkənin yaxın qohumu 48 yaşlı Afiq Hacıyev və onun həmkəndliləri törədib.

Mehrab Məmmədov baş müstəntiq: Şəmkir rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayəti törətmiş şəxslərin Şəmkir rayonunun Təzəkən kənd sakinləri əvvəllər  qəsdlə adam  öldürmə maddəsi ilə məhkum olunmuş Alyarov Afqan Yaqub oğlu, Hacıyev Rafiq Xəlil oğlu və Xəlilov İsmət Yusif oğlunun olması müəyyən edilib. 13 mart 2019-cu il tarixdə hər üç şəxs şübhəli şəxs qismində tutularaq Şəmkir rayon polis şöbəsinin müvəqqəti saxlanma yerinə təhvil verilib.

Oğurluq yolla əldə edilən qiymətli əşyaların biri tapılaraq maddi sübut kimi tanınıb. Dəstənin ən kiçik üzvü 27 yaşlı İsmət Xəlilov cinayəti bir neçə gün əvvəldən planlaşdırıdıqlarını və oğurluqda  gözətçi kimi iştirak etdiyini deyib.

İsmət Xəlilov saxlanılan şəxs: Dedilər ki, belə bir ev var. Boş evdir. Onun da xalası oğlunun evidir. Mənə demədi ki, xalam oğlunun evidir. Dedilər sən qıraqda gözlə, sənlik heç nə yoxdur. Bunlar girdilər içəri, bir saat sonra çıxdılar. Əşyaları iki evin arasına yığdılar. Sonra mənə Əfqan 80 manat verdi ki, sən get,sənlik iş yoxdur.

Ev sahibinin xalası oğlu Afiq Hacıyev də qohumunun evini qarət etdiklərini səmimi etiraf edib. O, əvvəllər xalası oğlunun evində usta kimi çalışdığını bu səbəbdən də qiymətli əşyalarının yerini müəyyən etməkdə çətinlik çəkmədiklərini bildirib.

Afiq Hacıyev saxlanılan şəxs: İki gün, üç gün gedib baxdıq, gördük heç kim evdə yoxdu. Orada istixana vardı. Gördük orada da heç kim yoxdur. Qapını açıb içəri girdik. Əşyalar otaqda sol tərəfdə yığılmışdı. Əziyyət çəkmədik, asanlıqla götürdük.

Cinayətin təşkilatçısı hesab edilən Əfqan Alyarov da ortaqları ilə həmfikir olduğunu deyib. Hər üç şəxsin barəsində cinayət məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb. Onların bu kimi başqa cinayətlərdə əlinin olub- olmaması istintaq yolu ilə araşdırılır.

Natiq Hüseyn