• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 989
— 08.03.2019 15:40

Samuxda istixanaların sayı artırılır

KepezTV Player

Ötən il aqrar rayon olan Samuxda 200 istixana təsərrüfatı fəaliyyət göstərib. Onların 70%-ə qədəri kənd təsərrüfatı müəssisələrinin, 30%-i isə ailə təsərrüfatlarının payına düşüb. Ümumlikdə istixanalarda əldə olunan məhsul 6-7 min tona çatıb.

Samux rayonunda kənd təsərrüfatı məhsullarını 4 mövsümdə əkib beçərilməsini təmin etmək məqsədilə istixanaların sayı artırılır. Son 10 ilə kimi rayon ərazisində 20 hektar istixana ərazisi varıydısa hazırda bu rəqəm 100 hektara çatdırılıb. Samux Dövlət Aqrar İnkşaf Mərkəzindən verilən məluata görə, istixanalarda tərəvəz, çiyələk, xiyar və pomidor becərilir. 1970-ci illərdə istifadəyə verilə və hazırda 18 hektar ərazisini əhatə edən şəxsi təsərrüfatda da istixanaları genişləndirmək barədə fikirləşilir. Məqsəd daxili və xarici bazarı kənd təsərrüfatı məhsullaı ilə təmin etmək, eləcə də bu sahəni bölgədə daha da inkşaf etdirməkdir.

Ehram Mikayılov - istixananın icraçı direktoru: Yay mövsümündə payızlıq əkinə hazırlqı məqsədilə dezinfeksiya işləri aparmaq lazımdır, bitgiyə doğru düzgün aqrotexniki qulluq göstərilməlidir. Bu sadlananlar yerində olarsa və satış düzgün təşkil olunarsa bu sahə çox rentabelli sahə sayıla bilər.

Müəssiənin istehsal gücü illik 1000-1500 ton nəzərdə tutulur. Daha çox məhsul əldə etmək üçün yeni hədəflər və texnologiyalar müəyyən edilir.

Rübabə Məmmədova - aqronom: Bizdə ən çox ralli və kanqa pamidor sortu əkilir. Qış aylarında ən çox kanqa sortu əkirik. Bir bitgiyə yaxşı baxarsansa mövsüm ərzində 8-10 kq məhsul verir. Ancaq 5-6 aylıq əkin aparılırsa istixanada onda məhsuldarlıq 5-6 kq qədər düşür.

Bölgədə fəaliyyət göstərən müasir tipli istixanalarda diqqət çəkən məqamlardan biri də bitgini vegetasiay müddətində çiçəyini təbii yolla tozalndırılmasıdır. Bunun üçün fermer təsərrüfatlarında hər istixanaya arı yuvaları qoyulur. Mövsümdən asılı olmayaraq burada yaşayan arılar əkib beçərilən bitginin çiçəyini tozlanmasına öz müsbət təsirini göstərir. Bu da məhsulun daha yaxşı inkaşf etməsinə zəmin yaradır.

İstixanalara marağın artması nəticəsində 2018-ci ildə Samux rayonunda 11 yeni istixana təsərrüfatı yaradılıb. Səbəb isə bu sahənin əsasən də qış və yaz mövsümündə gəlirli olamsıdır.

Rahil Həsənov - Samux DAİM-in direktoru: İstixanalarda faraş məhsul olur və istehsalçı istənilən vaxt bazara çıxarı, daha yüksək qiymətə satır.İstixanalarda məhsuldarlıq 100 tonunu üstündədir. Bu od eməkdir ki, artıq istixanlarda istehsal olunana faraş kənd təsərrüfatı məhsulları daha gəlirli sahə sayılır. Bu görədə bu sahəyə maraq ilbəil artır.

Samux rayon ərazisində fəaliyyət göstərən iri istixanalarda əldə edilən məhsulların xarici bazarlara satışı da həyata keçirilir. Fərdi istixanalar isə daxili bazar üçün fəaliyyət göstərir. Hazırda yerli istehsal olan pamidaor və xiyar bazar qiyməti ilə 4-5 manat arasında dəyişir.