Ötən il Samux arıçıları ümumilikdə 6 tondan çox bal istehsal ediblər. Arıçılığa göstərilən dövlət qayğısının nəticəsi kimi bu il məhsuldarlığın 1,5 faiz artacağı proqnozlaşdırılır. Hər arı ailəsi üçün nəzərdə tutulan 10 manat subsidya 5 il müddətinə tətbiq edilir. Gəncədə 100 arıçı qeydə alındığı halda, Samux rayonu üzrə 1786 arı ailəsi üçün təsərrüfatçılara 17 min 860 manat subsidya verilib. Ümumilikdə isə Gəncə və Samux üzrə arıçılara 19 min manata yaxın subsidiya ödənilib.
Abbas İbrahimov arıçı:49 ailə arım var. Onlara münasib dövlət mənə 490 manat subsidya verdi. Bu subsidya bizim arıçılığı daha keyfiyyətli inkişaf etdirmək üçün kömək olacaq. Yaz gəlir biz ona dərman almalıyıq, lazım gəlsə şəkər tozu alıb şirə verməliyik və bir qədər sonra köçə hazırlamalıyıq. Bunlar hamısı vəsait tələb edir. Sağ olsun dövlətimiz bu vəsaiti bizə verdi.
- Baxış: 910