“Kreativ Qığılcım” layihəsinin ilkin fazasında 6 nəfərin bu ilin mayında İngiltərənin Newcastle Universitetinin Biznes Məktəbinə təcrübə və təlimin ikinci mərhələsi olaraq səfər də təşkil olunacaq. Bunlarla yanaşı layihə çərçivəsində tərəfdaş və bir çox digər universitetlərdə sahibkarlığın əhəmiyyəti və Britaniya Şurasının təqdim etdiyi onlayn İngilis dili kursları haqqında maarifləndirmə tədbirləri həyata keçirilir. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Aqrar Universitetində müəllim və tələbələrə "Sahibkarlığın tədrisi və innovativ təlim üsulları” mövzusunda baş tutan təqdimatda məlumat verilib. Layihənin əsas məqsədi Azərbaycanda sahibkarlıq və biznesin tədrisinin gücləndirilməsi və gənc sahibkarlar tərəfindən yaradılan startapların dəstəklənməsindir.
- Baxış: 494