Slovakiya ATƏT-ə sədrliyi dövründə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinə töhfə vermək əzmindədir. Prezident İlham Əliyevin qəbulunda olan ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa naziri Miroslav Layçak münaqişə ilə bağlı vəziyyətlə yerindəcə tanış olmaq və fikir mübadiləsi aparmaq üçün bu səfərin yaxşı fürsət yaratdığını da bildirib. Dövlət başçısı danışıqlar prosesində müəyyən dinamikanın müşahidə olunduğunu, xarici işlər nazirləri səviyyəsində dörd dəfə görüşün keçirildiyini və Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında üç dəfə söhbətin aparıldığını, lakin Ermənistan tərəfindən substantiv danışıqların aparılması üçün hər hansı ciddi niyyətin olmadığını vurğulayıb. Ümumi dəyəri 3,5 milyard dollardan artıq olan layihələrin həyata keçirilməsi Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycana yaxşı tərəfdaş kimi münasibətinin nümayişi kimi dəyərləndirir. Bu barədə Prezident İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti ilə görüşdə bildirib. Bank tərəfindən Azərbaycanda həyata keçirilən layihələrin maliyyələşdirilməsinin ölkəmizdə müasir infrastrukturun yaradılması işinə böyük kömək göstərdiyi vurğulanıb. Görüşdə Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycanla yeni sahələrdə əməkdaşlıqda maraqlı olduğu qeyd edilib.
- Baxış: 197