KepezTV Player
Hadisə şəhərin Nizami Gəncəvi prospekti ilə Şəddadilər küçəsinin kəsişməsində olub. Şəhər sakini Heydər Əliyev prospekti ev 475 ünvanında yaşayan 61 yaşlı Xatirə Qasımova yolu keçmək istiyərkən avtomobil onu vurub. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə gətirilib. Ona qapalı kəllə-beyin travması, çanaq sümüyünün sınığı və döş qəfəsinin əzniyi diaqnozu qoyulub. Yaralıya tibbi yardım göstərilib. Xatirə Qasımova yaxınlarının istəyi ilə Gəncədəki özəl xəstəxanalardan birinə yerləşdirilib. Verilən məlumata görə, qəzanı törədən sürücü xarici ölkə vətəndaşıdır. Faktla bağlı araşdırma aparılır.
Elnur Vahidoğlu
- Baxış: 630