• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1084
— 26.02.2019 14:23

Gənclər Xocalı faciəsini anıblar

KepezTV Player

Gəncədə şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı, Uşaq Gənclər İnkişaf Mərkəzi və Musiqi Kollecinin iştirakı ilə Xocalı və Kəlbəcərdən olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə anım tədbiri olub. 27 il bundan öncə ermənilərin törətdiyi soyqırım aktı pislnilib, bu hadisənin günahkarlarının ədalət məhkəməsi qarşısında cavab verəcəklərinə əminlik ifadə edilib. Xocalı hadisələrinin səhnələşdirildiyi tədbirdə soyqırım uşaqların gözü ilə sərgisinə də baxış olub.