• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1146
— 19.02.2019 14:44

Niyazi Bayramov Gəncənin Gülüstan qəsəbəsinin sakinləri ilə görüşüb

Bu dəfə Gəncənin Gülüstan qəsəbəsində yaşayanların təkli və problemləri şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tərəfindən dinlənilib. Sakinlər uşaq meydançalarının salınması, binalarının dam örtüklərinin dəyişdirilməsi və fasadlarının təmir edilməsii, binaların qarşısına və küçələrə asfalt örtüyünün salınmasını, yaşayış massivinin bəzi ərazilərində olan məişət tullantılarının təmizlənməsini, köhnə su-kanalzasiya xətlərinin yenilənməsini şəhər rəhbərindən xahiş ediblər. Səsləndirilən problemlərin bəziləri yerindəcə öz həllini tapıb, digərlərinin isə araşdırılaraq aradan qaldırılması üçün aidiyyatı qurumların rəhbərlərinə tapşırıqlar verilib.