Salyan rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yollarda təhlükəsizliyin təmin edilməsi ilə bağlı reyd keçiriblər.Təhlükəsizlik kəmərindən istifadə etməyən, qanunsuz taksi fəaliyyəti və sərnişin daşıma ilə məşğul olan sürücülərə protokol tərtib olunub. Ümumilikdə reyddə 60-dan çox nəqliyat vasitəsi saxlanılıb.Yol polisi bundan sonra da bu cür tədbirləri mütəmadi təşkil etməyi planlaşdırır. Növbəti belə tədbirlər əsasən orta məktəblərə yaxın yollarda keçiriləcək.
Raqib Dəmirov YPX əməkdaşı:“Qayda pozan sürücülər pozan sürücülər barəsində protokollar tərtib olunmuş, yol hərəkəti qaydalarına piyadalar tərəfindən əməl olunmasıyla bağlı təbliğat işləri aparılmışdır”.
Teymur Süleymanov sürücü:Kəməri taxmadığıma görə cəzamı kəsdi. Təkrar olmaz”.
Cəlil Əhədov sürücü:“Remen taxmamışdım, taxaram”
- Baxış: 560