• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1148
— 11.02.2019 14:41

DİM sınaq imtahanında yeni texnologiya tətbiq edib

KepezTV Player

Dövlət İmtahan Mərkəzi Gəncədə 3 binada ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin modelinə uyğun sınaq imtahanı keçirib. Gəncə və ətraf rayonlardan 1950 abituriyentin qeydiyyatdan keçdiyi sınaq imtahalarının idarə olunması üçün 110 nəzarətçi-müəllim və 14 imtahan rəhbəri cəlb olunub. İmtahanda abituriyentlərə ixtisas qrupları üzrə müvafiq 3 fəndən test-tapşırıqları təqdim olunub. Hər fənn üzrə 22 qapalı, 8 açıq tipli olmaqla 30 test-tapşırığının cavablandırılması üçün 3 saat vaxt ayrılıb. İmtahanlarda neqativ halların yaşamaması üçün ilk dəfə olaraq, DİM tərəfindən abituriyentlərin binalara buraxılışı 4 nömrəli orta məktəbdə yeni texnologiya, elektron üz tanıma cihazı vasitəsilə həyata keçirilib. Bu zaman şəkilsiz şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçərək, imtahan binasına başqa şəxsi göndərən 5 abituriyent aşkarlanıb və həmin şəxslər imtahana buraxılmayıb.