KepezTV Player
Sabah “sarı-göylər” Gəncə şəhər stadionunda çempionatın liderlərindən biri olan MOİK-i qəbul edəcək. Etibar İbrahimovun komandası qarşıdakı oyuna hazırlığı bu gün keçirdiyi son məşqlə başa vurub. Təxminən bir saat davam edən hazırlıq prosesi yüngül xaraker daşıyıb. İsinmə təmrinlərinin yerinə yetirilməsi ilə başlayan məşq toplu çalışmalarla davam edib və taktiki tapşırıqların yerinə yetirilməsi ilə başa çatıb. Hərbçilərlə oyuna “Kəpəz” itkilərlə çıxacaq. Zədəli olmasa da, komandanın heyətində iki cəzalı var. Yarımmüdafiəçilər Ruslan Süleymanov və yeni transfer Əli Səmədov MOİK-lə görüşü buraxacaq.
Azad Rəfi
- Baxış: 754