Cari ilin ilk oyunu Tovuzda keçirilib. “Turan Tovuz” 14-cü tur çərçivəsində doğma publika qarşısında Qarabağın ikinci komandasını qəbul edib. Çempionatın ilk yarısında istədiyi kimi çıxış edə bilməyən qərb klubu qış transfer pəncərəsi dövründə heyətinə yeni futbolçular cəlb edərək güclənməyə çalışsa da, evdəki görüşdə məğlubiyyətdən qaça bilməyib. Köhlən atlar 28-ci dəqiqədə Toral Bayramovun qoluyla fasiləyə 1:0 öndə yollanlıblar. İkinci hissədə özünə gələn tovuzlular 74-cü dəqiqədə Sənan Qocayevlə hesabı bərabərləşdirsələr də, oyunun başa çatmasına 2 dəqiqə qalmış qapısından top buraxıb. Qonaqlardan Elvin Cəfərquliyev fərqlənərək “Qarabağ-2”-yə səfər oyununda 2:1 hesablı qələbə qazandırıb. Bu qalibiyyət ağdamlıların baş məşqçisi postunda debüt edən Azər Məmmədovu daha çox sevindirib. Beləliklə xallarının sayını 20-yə çatdıran “Qarabağ-2” 8-ci pilləyə yüksəlib. “Turan Tovuz” isə 13 xalla 11-ci sırada qalıb.
Orxan Cəfərzadə
- Baxış: 627