• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1554
— 06.02.2019 10:01

Nissan furqonunu hərəkət edən dülgər atelyesinə çevirdilər

Nissan şirkəti Brüsseldə keçirilən avtosalonda NV300 furqonunun bazasında yeni prototipini sərgiləyib. İstehsalçılar avtomobili şütüyən dülgər atelyesinə çeviriblər. Maşının kuzovunda alətlər, materiallar və şəxsi əşyalar üçün sandıq yeri quraşdırıblar. İçəridə həmçinin sensor ekranı olan kompüter, lövhə, LED işıqlı interyer eləcə də bütün salon üzrə yerdəyişmə edə bilən taburet var. Konsept üçün suya davamlı enerji təchizatı da hazırlayıblar. Onda Leaf elektrokarından olan batareyalardan istifadə olunur. Batareyaların ümumi həcmi 700 kilovatt-saatdır. Çıxan gücün göstəricisi 1 kilovatta çatır. Ondan alətlərin enerji təchizatı üçün yararlanmaq olar. Akkumlyatorlar maşının üzərində quraşdırılan günəş panelləri hesabına enerji yığır.