Daha çox texnologiya şirkəti olan Huawei 5G rabitə standartını dəstəkləyən qurğular üzərində işləyir. Şirkətin baş direktoru Riçard Yu Pekində Balong 5000 adlı ilk işlək5G modem nümunəsini təqdim edib. Mobil şəbəkədə məlumatların çox yüksək sürətlə ötürülməsi yeniliyin əsas özəlliyidir. Sınaqlar zamanı 5G modem nümunəsi aşağı tezlik diapazonunda (6 QHs-dək) 4,6 Qbit/s-lik, millimetrlik diapazonda isə 6,5 Qbit/s-lik qoşulma sürəti nümayiş etdirib. Balong 5000 adlı 5G modem V2X (vehicle-to-everything) texnologiyasını dəstəkləyir və sabit əlaqəni təmin etməklə avtomobillərin bort sistemlərinə quraşdırıla bilər. 5G şəbəkəsinə qoşulma vaxtı modemin effektivliyi analoji LTE həllərlə müqayisədə 10 dəfə yüksəkdir.
- Baxış: 437