Tədbir gənclər təşkilatlarının fəaliyyətlərini əks etdirən sərgi ilə tanışlıqla başlayıb. Gənclər Gününün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunduğu və bu günün 1997-ci ildə ulu öndər Heydər Əliyevin sərəncamı ilə qeyd edildiyi vurğulanıb. 2012-ci ildə isə Azərbaycanın ilk gənclər paytaxtı Gəncə şəhəri seçilib. Həmçinin 2016-cı ildə Avropanın gənclər paytaxtı məhz Gəncə olub. Hazırda şəhərdə 94 minə yaxın gənc var ki, bu da şəhər əhalisinin 31 faizini təşkil edir. Şəhərdə 6 tələbə gənclər təşkilatı, 4 tələbə klubu və 9 ictimai birlik də faəliyyət göstərir. Ötən il Gəncədə 165 müxtəlif tədbir və layihələr reallaşdırılıb. Tədbirin sonunda 21 gəncə şəhərin ictimai həyatında fəal iştitrak etdiyinə görə Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən fəxri fərman və xatirə hədiyyələri təqdim edilib.
Müşfiq Cəfərov Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi:“Gəncə şəhəri bu il Avropanın idman şəhəridir. İdmançılarla bərabər gənclərində rolu çox böyükdür. Onların könüllü kimi bu işlərdə köməklik etməsi, layihələrdə iştirakı olacaq. Müxtəlif tədbirlər nəzərdə tutulub. 5 mart idman günü o cümlədən festivallar nəzərdə tutulub hansı ki, gənclərin də iştirakı ilə həmin festivallar keçiriləcəkdi”.
- Baxış: 910