• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 995
— 28.01.2019 10:01

Ən ekstremal şərait üçün smartfon

Çinin Doogee şirkəti tərəfindən təqdim edilmiş S90 adlı qeyri-adi modulyar smartfon ekstremal şəraitdə işləmək üçün nəzərdə tutulub. S90 modeli IP68/IP69K və 810G hərbi müdafiə standartlarına uyğundur. Cihaz partlayış dalğası, kif, duz və qaza qarşı dayanıqlıdır, 2 həftə suyun altında qala bilər və -30-dan +80 selsi dərəcədə işləyir. Çəkisi 300 qram olan Doogee S90 smartfonu Gorilla Glass 4 şüşəsi ilə qorunan 2246x1080 piksel təsvir ölçülü 6,18 düym diaqonallı ekrana malikdir. Aparat 8 nüvəli MediaTek Helio 60 prosessoru, 6 QB-lıq əməli yaddaş və 128 QB-lıq daxili yaddaş ilə təchiz edilib, MicroSD kartlarını dəstəkləyir. Kompüter təlimi sistemini dəstəkləyən 16 meqapiksellik kamera Samsung şirkəti tərəfindən istehsal edilib. 8 meqapiksellik ön kamera Sony şirkətinə məxsusdur və 90 dərəcəlik görünüşə malikdir. Bundan başqa, cihaz barmaq izləri skaneri, NFC modulu, simsiz enerjidoldurma və SİM kart üçün iki slotla təchiz edilib. Smartfon Android 8.1 versiyasının idarəetməsi altında işləyir.
Doogee S90 aparatının qiyməti 299 dollardır. Əlavə 100 dollar ödədikdə bu smartfona əlavə enerji bloku, rəqəmli radiostansiya və gecəgörmə modulu quraşdırılacaq. Batareyaların tutumu 5050-dən 10000 milliamper/saatadək artırılacaq, 10 km radiusda rabitə operatorunun əhatə dairəsindən kənarda analoji qurğularla sabit rabitə yaratmaq mümkün olacaq.