Matrix şirkəti PowerWatch smart saatlarının ikinci nəsil modelini nümayiş etdirib. O insan bədəninin istiliyi və günəş enerjisilə şarj toplayır. Əsasını isə termoelektrik texnologiya təşkil edir. Yəni cihazın generatoru istiliyi əldə edir, daha sonra onu elektrikə çevirir. Bu, ətraf mühitin temperaturundan və daim 36,6 dərəcə olan insan bədənindən istifadə etməklə baş verir. İstilik dəri vasitəsilə keçir və “ağıllı” saata ötürülür. PowerWatch 1-dən fərqli olaraq yenisi daim işlək olan 1,2 düymlük rəngli LCD ekran, GPS-treker və günəş panelilə təmin olunub. Aparat 42 mm hündürlüyü olan alüminium korpus və rezin kəmərlə komplektləşdirilir. PowerWatch 2-də rast gəlinən funksiyalar: addımların ölçülməsi, gedilən yolun məsafəsi, itirilən kalorinin göstəricisi, ürək döyüntüsünə və yuxuya nəzarət. Rəsmi məlumatda bu smart saatın 200 metr suyun dərinliyində işləyə biləcəyi qeyd olunub. Qurğuda Apple və Google Fit tətbiqetmələri də var. Beləliklə PowerWatch 2 heç vaxt enerji yığmaq ehtiyacı olmayan fitness-treker qazanıb. Amma əlavə aplikasiya və ya zəngləri qəbul etmək mümkün deyil, smartfondan gələn bildirişlər də məhdudlaşdırılıb. Indiegogo platformasında bu yeniliyi 199 dollara sifariş vermək olar. Yaya qədər isə qiymətin 500 dollaradək artması gözlənilir.
- Baxış: 487