• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 915
— 27.12.2018 15:46

“Kəpəz” PFK-nın kollektivi Uşaq Evini ziyarət edib

KepezTV Player

“Kəpəz” Futbol Klubunun üzvləri ənənəyə sadiq qalaraq əlamətdar günlər ərəfəsində Gəncə şəhər Uşaq Evini ziyarət edib. Klubun kollektivi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə xüsusi qayğıya və diqqətə ehtiyac duyan uşaqlara baş çəkib.

Uşaq evinin sakinləri “Qış nağılı” adlı müsiqili-əyləncəli proqramla qonaqların qarşısında çıxış ediblər. Maraqlı süjet xətti və mahnılarla zəngin olan yeni il ovqatlı kompozisiya görüşü unudulmaz məqama çevirib. Uşaqların nümayiş etdirdiyi səhnəciklər tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Gəncə klubunun baş məşqçisi Etibar İbrahimov kollektiv adından uşaqları qarşıdan gələn bayramlar münasibəti ilə təbrik edib, ən xoş arzularını çatdırıb.

Görüşün sonunda Balacalara bayram şirniyyatı, klubun şərfləri və toplar təqdim edilib. Hədiyyələr azyaşlıların sevincinə səbəb olub. 

Azad Rəfi