Goranboyda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Hadisə Dəliməmmədli şəhəri ərazisində qeydə alınıb. Samux rayon sakini 70 yaşlı Növbər Məmmədova yolu keçmək istəyərkən "BMW" markalı avtomobillə vurulub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Elton Cabbarlı
- Baxış: 551