• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2291
— 10.12.2018 13:12

Məktəblilərin olduğu mikroavtobusu aşıran sürücü həbs edildi

KepezTV Player

Bakıda məktəblilərin qəzaya uğradığı mikroavtobusun sürücüsü həbs edilib. Belə ki, dekabrın 7-si səhər saat 08:00 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsinin ərazisində, 28 yaşlı Mübariz Kərimov idarə etdiyi “Mercedes 208” markalı, 8-i məktəbli olmaqla, ümumilikdə içərisində 10 nəfər sərnişinin olduğu mikroavtobusu hasara vurub. Nəticədə, M.Kərimov və mikroavtobusda olan sərnişinlər - Hökməli və Sulutəpə qəsəbələrinin sakinləri 29 yaşlı Lumu Məmmədli, eləcə də 7, 10 və 14 yaşlı uşaqlar xəsarət alıblar.Sürücü verdiyi ilkin ifadəsində qəzanın baş verdiyi gün sərnişinlərini orta məktəbə apararkən qəflətən qarşısına çıxan azyaşlını vurmamaq üçün nəqliyyat vasitəsini yolun hərəkət hissəsinin kənarına çəkdiyini, lakin bu zaman idarəetməni itirərək hasara çırpıldığını bildirib. Lakin müəyyən olunub ki, valideynlərlə aralarında əldə olunan şifahi razılaşmaya əsasən, Kərimov gündəlik olaraq qəsəbə sakinlərindən bir qrup məktəblini və onların valideyinlərini məktəbə aparıb-gətirirmiş. Heç bir təhlükəsizlik tədbirləri görülməyən, müvafiq tanınma nişanı ilə təchiz edilməyən, əsasən qəsəbə və məhəllədaxili yollardan sürülən mikroavtobusla məktəbliləri daşıyan Mübariz Kərimovun ümumiyyətlə sürücülük vəsiqəsi olmayıb. Onun barəsində həbs qətimkan tədbiri seçilib, araşdırma aparılır.