• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 909
— 03.12.2018 14:30

Goranboyda yem emalı müəssisələri istifadəyə verilib

KepezTV Player

Goranboyun Faxralı və Qaradağlı kəndlərində Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə həyata keçirilən "Sosial-iqtisadi inkişaf fəaliyyəti" layihəsi çərçivəsində yem emalı müəssisələri fəaliyyətə başlayıb. Bu ölkədə sahibkarlığın inkişafı, həyata keçirilən islahatlar və dəstək mexanizmlərinin nəticəsi, kiçik və orta biznesin inkişafının göstəricisi kimi xarakterizə edilib. Müəssisələrdə hər birinin gücü saatda 2 ton olan toxum təmizləyən, yem üyüdən, ot doğrayan avadanlıqlar quraşdırılıb. Nəticədə 3 növ yem istehsal olunacaq. Sakinlər buğda, arpa, vələmir, paxlalı bitkilər  və texniki bitki toxumlarını təmizləmək, eyni zamanda onları növlərə ayırmaq imkanı qazanıblar. Adıçəkilən kəndlərdə heyvandarlıq və quşçuluqla məşğul olan 2000-ə yaxın sakin bu müəssisələrin xidmətindən istifadə edəcək.

Rahib Sadıqov - sakin: Mal-qaramıza yem üyüdmət üçün çox qonşu kəndlərə Dəliməmmədliyə getməli olurduq. Buda bizim vaxtımızı alırdı. Nəqliyyat sarıdan çətinlik çəkirdik. İqtisadi cəhətdən baha başa gəlirdi. Ona görə bu gün bu sexin burada açılması doğurdanda çox sevindiricidir.

Nadir Adilov - İqtisadi İnkişaf Nazirliyinin əməkdaşı: Regionlarda gələcəkdə biz bu elementləri nəzərə almaq istəyirik. Bu gün iştirak etdiyimiz tədbirdə də hansı ki icma iştirakçıları ilə bir yerdə belə bir yem istahsalı müəssisəsi yaradılıb. Bizdə gələcəkdə bu tip müəssisələrin yaradılmasında vətəndaşlara dəstək olmağa kiçik və orta biznesi dəstəkləməkdə çox maraqlıyıq.

 

Natiq Hüseyn