Xətai Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri həyata keçiriblər. Nəticədə “NZS” qəsəbəsində yeləşən marketlərdən birinin kassasından 95 manat pulu soyğunçuluqla ələ keçirən dəstənin daha bir üzvü yaxalanıb. Məlum olub ki, həmin şəxs Hacıqabul rayon sakini Vüsal Tağıyevdir.
Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri daha bir əməliyyat nəticəsində noyabrın 19-da taksi fəaliyyəti ilə məşğul olan Bakı şəhər sakini Fuad Həsənovun 150 manat pulunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini Anar Qafarov saxlanılıb. O, ifadəsində taksi sürücüsünün pulunu aldığını etiraf edib. Qeyd olunan faktlarla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir. Həmin şəxslərin digər analoji cinayətlər törətmələri də istisna olunmur. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Xətai Rayon Polis İdarəsinə müraciət edə bilərlər.
- Baxış: 586