• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1595
— 22.11.2018 18:05

Murad Süleymanov Tokio 2020 Olimpiya Oyunlarında iştirak etmək istəyir

KepezTV Player

Bu günlərdə Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilərin dünya çempionatında fərqlənən Azərbaycan idmançıları arasında Murad Süleymanov da olub. Gəncə güləş məktəbinin yetirməsi yarışın bürünc mükafatını qazanıb.

Süleymanov mundiala erməni güləşçisi üzərindəki qələbəylə başlayıb. Daha sonra gücünü belaruslu pəhləvana göstərib və yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında uduzub. Medal qazanmaq istəyi ilə bürünc mükafat uğrunda görüşə çıxan Murad rəqibinə vaxtından əvvəl qalib gələrək, dünya 3-cüsü olub.

Murad Süleymanov, güləşçi: “3-cü görüşü rus idmançıya uduzdum.Hardasa boşluq buraxmışam ondan irəli gəlir. Daha da yaxşı məşqlər edib gələcək yarışlarda çempion olmağa çalışacağam”.

Gəncəli güləşçi yarışın bürünc medalına 86 kq-da sahib olub. Bu çəki ən rəqabətli çəki dərəcələrindən sayılır.

Süleymanov 2020-ci ilə keçiriləcək Tokio Olimpiya Oyunlarında iştirak etmək  haqda düşünür. Bunun reallaşması üçün o, ilk növbədə  lisenziya qazanmalıdı.

Murad Süleymanov, güləşçi: “Bu çəki dünyada ən rəqabətli çəkilərdəndir. Hər bir idmançının arzusu olimpiadada iştirak etməkdir. Qarşıda dünya və Avropa çempionatları, turnirlər var. Lisenziya alıb oyunlara vəsiqə qazanmaq istəyirəm”.

Dünya çempionatı ilə müqayisədə Muradın eyni yaş qrupunda Avropa birinciliyinin gümüş və bürünc mükafatıları var. O, həmçinin gənclərin qitə yarışında bir dəst medala yiyələnib. Nizami yurdunun yetirməsi həm də kişilər arasında Avropa çempionatının gümüş mükafatçısıdır.

Azad Rəfi