• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1135
— 22.11.2018 11:58

KAMAZ və Mazda RX-8 driftə ötüşdü

Ötən il Dakar ralli-reydində qalib gələn KAMAZ yük avtomobili kupe Mazda RX-8 yarış maşını ilə drift yarışa çıxıb. Red Bull şirkətinin yayımladığı videoda KAMAZı Eduard Nikolayev, Mazdanı isə zelandiyalı pilot Mayk Uiddett idarə edib. Drift gediş Sankt-Peterburqda yerləşən Kirov zavodunun ərazisində keçirilib. 9 tonluq KAMAZ təxminən 8 dəfə Mazdadan ağırdır. Yük maşının motor həcmi isə sportkupenin rotorlu aqreqatını 5 dəfə üstələyir. Amma at gücləri hər ikisində 1000-ə yaxındır.