Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının Gəncədən olan iştirakçıları ilə görüşüb. Ölkə rəhbərliyinin, tapşırığına əsasən həyata keçirilən tur-aksiyada Azərbaycanın qədim tarixinin, zəngin mədəniyyətinin, əsrlərlə qorunub saxlanan adət-ənənələrinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıdığı iştirakçıların diqqətinə çatdırılıb. Azərbaycanın müxtəlif bölgələrinə səfər edən məktəblilər eyni zamanda müstəqillik illərində qazanılan nailiyyətlərlə də yaxından tanış olmaq imkanı əldə edirlər. Səhər tezdən şəhərin baş meydanına toplaşan şagirdlər, yola düşməzdən əvvəl ulu öndərin abidəsi önünə tər çiçəklər düzüblər. İlk mərhələdə Gəncənin 20 məktəbindən 40 şagird respublikanın Cənib bölgəsinə, Masallı, Lənkəran və Astara, rayonlarına səfər edəcəklər.
- Baxış: 1489