KepezTV Player
Ötən ay Argentinanın paytaxtı Buenos Ayresdə keçirilən yeniyetmələrin 3-cü olimpiya oyunlarında Azərbaycan yığması uğurlu nəticələrlə yadda qalıb. Cənubi Amerikadakı yarışda millimizin üzvlərindən ikisi qızıl medala yiyələnib ki, onlardan 1-i gəncəli sərbəst güləşçi 65 kq-da çəkidə çıxış edən Turan Bayramov olub. Nizami yurdunun yetirməsi artıq doğma şəhərinə qayıdıb. İdmançı ənənəyə uyğun olaraq şəhərin girişində, Nizami Gəncəvinin məqbərəsində qarşılaşıb. Onu ulu şeyxin məqbəsində təbrik etmək üçün idman ictimaiyyənin nümayəndələri, məşqçilər və güləşçinin yaxınları gəliblər. Turan Bayramovun uğurundan danışan çıxışçılar onun ünvanına xoş sözlər deyiblər. Qarşılanma musiqi sədaları altında rəqslə başa çatıb.
Orxan Cəfərzadə
- Baxış: 565