• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 760
— 06.11.2018 15:45

Gəncədə “Hüquqlarını öyrən və faydalan” adlı tədbir keçirilib

KepezTV Player

Tədbir hər il ənənəvi olaraq BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü, oktyabrın 20-dən noyabrın 20-dək olan uşaq hüquqları aylığı çərçivəsində baş tutub. Əsas məqsəd uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının qorunması sahəsində vəziyyətin daha da yaxşılaşdırılmasıdır. Bu gün uşaq hüquqlarının müdafiəsi sahəsində dövlət tərəfindən atılan addımlar, uşaqlara göstərilən diqqət və qayğı uşaqların taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir. Yeniyetmələrin asudə vaxtlarının eləcə də istirahətinin təşkili hər zaman diqqət mərkəzində saxlanılır, onların tətil günlərinin mənalı, yadda qalan, bilik səviyyələrinin, dünya görüşünün artırılmasına köməklik göstərilməsi üçün silsilə tədbirlər təşkil edilir.  Tədbirdə məktəbli şagirdlərin rəsmləri nümayiş etdirilib. Vətənə, torpağa həsr olunan şerlər səslənib, musiqilər səslənib.

Elmira Əliyeva Gəncə Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru: “Öz hüquqlarını tanımalı, öz hüquqlarını bilməli, məktəbdə necə istifadə etmək olar, tədbirlərdə necə iştirak edə bilər, uşaqlar özlərini necə aparmalıdır, onlar məktəbi bitirdikdən sonra hansı yollarını seçə bilərlər bütün onların hüquq və vəzifələri başa salınır. Bu kitabxanada deyil aylıq çərçivəsində bütün filiallarımızda silsilə olaraq keçirilir”.

Elnur Vahidoğlu