• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 869
— 02.11.2018 13:30

Tovuzda quldurluq edən şəxslər saxlanılıb

KepezTV Player

Tovuzda qudlruluq hadisəsi baş verib. İki nəfər maskalı mənzilə daxil olaraq ev sahibinə güc tətbiq ediblər. Ancaq yaşlı qadının sayıqlığı quldurların arzusunu ürəyində qoyub. Qorxudan evi tərk edənləri Tovuz polisi isti izlərlə müyyən edərək məsuliyyətə cəlb edib.

Oktytabrın 29-u səhər saat 7 radələrində Tovuz rayonunun Hacıallı kəndində maskalı şəxslər kənd sakini Zərniyar Səmədovanın yaşadığı evə daxil olaraq qadına qarşı güc tətbiq ediblər. Qadının üz nahiyyəsinə xəsarət yetirənlər zərərçəkənin əl qolunu və ağzını bağlamağ istəsələr də buna bacarmayıblar.

Zərniyar Səmədova - zərərçəkən: Gördüm məni öldürürlər. Atanda boğazı əlimə keçdi. O çəkdi mən çəkdim. Axırda əlimdən qopdu. Qatma çıxdı bilmirəm qırıldı bilmirəm. 

Polisə müraciət nəticəsini çox gözlətməyib. Məlum olub ki, quldurluğu törədənlər əvvəllər məhkum olunan Gəncə şəhər sakini 26 yaşlı Vüqar Qurbanov və Tovuz rayonu Mülkülü kənd sakini 25 yaşlı Azad Ələkbərovdur.

Nazim Məmmədov - istintaq bölməsinin rəisi: İstintaq əməliyyat tədbirləri nəticəsində müəyən olundu ki qeyd olunan cinayəti Gəncə şəhər sakini əvvəllər məhkumluq həyatı yaşamış Gəncə şəhər sakini Qurbanov Vüqar Akif oğlu və onun tanışı Mülkülü kənd sakini Ələkbərov Azad Şahid oğlu olmuşlar. Hər iki şəxs ilkin dindirmə zamanı qeyd olunan cinayəti törətmələrini səmimi etiraf etməklə yanaşı cinayəti törədilməsində istifadə olunan bir ədəd maskanıda təqdim ediblər.

Saxlanılan Vüqar Qurbanov Türkiyəyə getmək arzsusunu dostuna bildirəndə ikinci çıxış yolunu cianyətdə görüb.  

Vüqar Qurbanov - saxlanılan şəxs: O dedi yanı belə bir ev tanıyıram. Orada pul və qızıl var. Getdik hadisə yerinə pul tapa bilmədik. Ev sahibi hay-küy saldı deyə qaçma qməcburiyyətində qaldıq.

Ortağının ifadəsini qismən təsdiqləyən Azad Ələkbərov bir müddət əvvəl həmin mənzildə usta kimi çalışdığını və qadında xeyli miqdarda pul və qızıl zinət əşyasının olduğunu güman etdiyini deyib.

Azad Ələkbərov - saxlanılan şəxs: Biz böyürdə ki otaqda gözləyirdik. Gəldi ora girdi. Tudum arvadı yıxdım. Əlini ayağını bağlamaq istədik. Uşağın üzünü çırdı uşaq qaçdı. Mən dalınla qaçdım. Daha heçnə etmədik. Heçnədə götürməmişik. Amma fikrimizdə olub nə isə götürmək.

Hər iki şəxsin barəsində cinayət məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb. İstintaq davam etdirilir.

 

Natiq Hüseyn