Bakının Nəsimi rayonu Moskva prospektində yerləşən kafelərdən birində müştərilər arasında qanlı mübahisə düşüb. Mübahisəni edən qonşu masalarda əyləşən müştərilər olub. Nəticədə 27 yaşlı Məhəmmədəli Quliyev bıçaqlanıb. Cinayəti törədən şəxs hadisə yerindən qaçıb. Yaralı isə tanışlarının köməkliyi ilə xəstəxanya gətirilib. Həkimlərin müdaxiləsi nəticəsində onun həyati təhlükəsi aradan qaldırılıb. Hadisə yerində olan 19-cu polis şöbəsinin əməkdaşları tərəflərin izahatlarını alıblar. Hadisəni törədən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat keçirilir.
Pirallahı rayonunda isə 24 yaşlı Turac Novruzov bıçaqlanıb. 3 saylı kliniki tibbi mərkəzə gətirilən yaralı müayinə olunub. Həkimlər onun həyatı üçün təhlükə olmadığını bildiriblər. Turac Novruzov Polis tərəfindən dindirilərkən onu bıçaqlayan şəxsi tanımadığını bildirib.
Hər 2 faktla bağlı araşdırma aparılır.
- Baxış: 740