Xiaomi şirkəti Black Shark Helo oyun smartfonunu təqdim edib. Bu, dünyada 10 qiqabayt tutumlu operativ yaddaşa malik ilk mobil cihazdır. İndi smartfon HDR rejimini dəstəkləyən 6 düym diaqonallı AMOLED ekran, iki ön stereodinamik, Snapdragon 845 prosessor və 4 min milli amper saat tutumlu akkumulyatorla təchiz edilib. Əsas kameranın təsvir ölçüsü 12+20 meqapiksel, ön kameranın isə 20 meqapiksel təşkil edir. Yeni qurğunun çəkisi 190 qrama bərabərdir. Yan tərəflərdə işıq diodlu zolaqlar quraşdırılıb. Onların işini xüsusi əlavə vasitəsilə sazlamaq mümkündür. Bundan başqa, smartfon oyun həvəskarları üçün müxtəlif proqram funksiyalarına da sahibdir. Məsələn, onların birində bütün oyunlarda əldə olunan uğurlara baxmaq, digərində isə qurğunun məhsuldarlığını tənzimləmək olar. Smartfon həmçinin su soyutma sistemi ilə diqqəti cəlb edir. O, prosessorun temperaturunu 12 dərəcə azaltmağa imkan verən maye ilə doldurulmuş iki borucuqdan ibarətdir. Artıq Çində ilkin sifarişlərin qəbuluna başlanıldığı qurğu beynəlxalq satışa Xiaomi Black Shark 2 adı ilə çıxarılacaq. Black Shark Helo smartfonu 6+128 qiqabayt 460 dollar, 8+128 qiqabayt 505 dollar və 10+256 qiqabayt 605 dollar dəyərindədir.
- Baxış: 334