KepezTV Player
Paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsində qətl qeydə alınıb. Qəsəbə sakini İlqar Nəbiyev evdə mübahisə edərkən həyat yoldaşı 44 yaşlı Ofelya İmanovanı boğub. Qadının huşsuz vəziyyətdə yerə yıxıldığını görəndə təcili tibbi yardım çağırıb. Evə gələn həkimlər müayinə zamanı Ofelya İmanovanın öldüyünü müəyyən edib. Hadisəni törətməkdə şübhəli bilinən İlqar Nəbiyev Qaradağ polisi tərəfindən saxlanılıb. Meyit isə müayinə olunması üçün məhkəmə tibbi ekspertiza və pataloji anatomiya birliyinin qaradağ rayon şöbəsinə göndərilib. Faktla bağlı Qaradağ rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar davam edir.
- Baxış: 548