Bu günə xəbərlərin oxunma sayı: 666
		
			 — 
			29.10.2018 13:16		
		Yaşayış binasında yanğın olub
KepezTV Player
					  
					  					  				Mingəçevirin Samux küçəsində yerləşən sürücülük məktəbinin binasında yanğın baş verib. Alov 20-yə yaxın məcburi köçkün ailəsinin müvəqqəti məskunlaşdığı binanın birinci mərtəbəsində, sayğaclar quraşdırlan hissədə olub. Əraziyə yanğınsöndürənlər çağrılıb. Alov söndürülüb. Binanın ikinci mərtəbəsini bürüyən tüstü 3 nəfərin səhhətində narahatlıq yaradıb. Yaqut Vəliyeva, Aytən Həsənova və 3 yaşlı Səadət Vəlizadəyə təcili tibb yardım briqadası tərəfindən hadisə yerində yardım göstərilib. Yanğına naqillərdə yaranan qısqapanmanın səbəb olduğu bildirilir.
- Baxış: 623
 
