• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2099
— 27.10.2018 16:29

Gəncə Uşaq Evində “Valideyn məsuliyyəti” mövzusunda “dəyirmi masa” təşkil olunub

KepezTV Player

“Uşaq hüquqları aylığı” çərçivəsində Gəncə Uşaq Evində “Valideyn məsuliyyəti” mövzusunda “dəyirmi masa” təşkil olunub. Şəhər İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın nümayəndələri əvvəlcə müəssisənin şəraiti ilə yaxından tanış olublar. Tədbirdə Azərbaycanda uşaq hüquqlarının beynəlxalq konvensiyalar çərçivəsində qorunduğu diqqətə çatdırılıb. Vurğulanıb ki, valideyn himayəsindən məhrum uşaqların hüquqlarının qorunması isə dövlətin diqqət yetirdiyi ən öndə məslələr sırasındadır. Tədbirdə valideynlərlə maarifləndirici söhbətlər aparılıb, uşaq hüquqları barədə ətraflı məlumat verilib. Tədbir Gəncə Uşaq Evi sakinlərinin  iştirakı ilə “Mənim də hüquqlarım var” adlı musiqili-bədii hissə ilə davam edib.

Nazilə İsmayılova Gəncə Uşaq Evinin direktoru:Gəncə Uşaq Evində monitorinq aparıldı, onların təhsili, sağlamlığı və həyat şəraiti ilə yaxından tanış oldular. Uşaqlarımız dövlətin himayəsində yüksək səviyyədə təminatı aparılır. Hazırda uşaq evində 65 nəfər uşaq məskunlaşıb ki, onlarında yaşı 3-18 arasıdır.