KepezTV Player
Azərbaycanın cüdo üzrə paralimpiya yığması təlim-məşq toplanışındadır. Komandanın üzvləri qarşıdan gələn yarışların məşqlərini Sumqayıt Paralimpiya İdman Kompleksində davam etdirirlər. Əsasən noyabrın 13-dən 19-dək Portuqaliyanın Odivellas şəhərində təşkil olunacaq dünya çempionatına hazırlaşan paralimpiya millimizin tərkibində gəncəli cüdoçu Ramil Qasımov da yer alıb. 73 kq-da çıxış edən tatami ustası yığmanın əsas medal ümidlərindən sayılır. Qasımov indiyədək Avropa və dünya çempionu, həmçinin Rio Olimpiya Oyunlarının qalibi adını qazanıb. Priney yarımadasındakı mundial Nizami yurdunun yetirməsi üçün ikiqat dünya birincisi olmaq baxımından yaxşı fürsətdir.
Orxan Cəfərzadə
- Baxış: 820