KepezTV Player
Tovuzda qadın dərmandan zəhərlənib. Qovlar qəsəbəsində 40 yaşlı Billur Musayeva yüksək dozalı dərman qəbul edərək zəhərlənib. Zərərçəkən Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Rayonda daha bir zəhərlənmə faktı “Semzavod" adlanan yaşayış massivində qeydə alınıb. 38 yaşlı Almaz Umarova ehtiyatsızlıqdan kimyəvi məhlul içib. Qadın ağır vəziyyətdə Tovuz Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Faktlar araşdırılır.
- Baxış: 807