KepezTV Player
Salyanda Kür çayı üzərindəki körpüdən yıxılan fəhlə dünyasını dəyişib. Hadisə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsindəki, Kür çayı üzərində təmirə dayanmış körpüdə qeydə alınıb. Şirvan şəhər sakini, 59 yaşlı Sübhan Əzizov təmir işləri zamanı 10 metr hündürlükdən yerə yıxılıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxs Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səyi nəticəsiz qalıb. Meyit aidiyyəti üzrə təhvil verilib. Fakt araşdırılır.
- Baxış: 508