Yaponiyanın nəhəng şəbəkə operatoru NTT Docomo kiçik KY-O1L adlı smartfonunu təqdim edib. Onu dünyanın ən nazik mobil telefonu adlandırırlar. Vizit kartı ölçüsündə olan cihaz noyabrdan satışa çıxacaq. 2,8 düymlük monoxromlu ekrana malik aparat 380 milli amper saat həcmli batareya ilə işləyir. Onun kameraları və aplikasiyaları yoxdur. Əvəzində burada brauzer, kalkulyator və kalendar tapmaq olar. 47 qram çəkili KY-O1L smartfonu 300 dollar dəyərindədir.
- Baxış: 495