KepezTV Player
Meksikada usta cüdoçular arasında keçirilən dünya çempionatında uğurla yarışan Azərbaycan yığmasının heyətində Gəncə idmançısı da fərlənib. Samir İsmayılov Kankun şəhərində reallaşan yarışda fəxri kürsüyə yüksəlib. O, 30-34 yaşlı tatami ustalarının mübarizəsində gümüş medal qazanıb. 81 kq çəki dərəcəsində mübarizə aparan İsmayılov 3 görüşü qələbə ilə başa vursa da, finalda fransız rəqibinə uduzaraq mükafatçılar sırasına düşüb. Ötən ildən veteranlar arasında güləşməyə başlayan cüdoçu iyun ayında Şotlandiyada Avropa çempionu olub. Samir Qlazqoda komanda yarışında isə bürünc mükafat əldə edib. Qeyd edək ki, 49 ölkədən 606 cüdoçunun qüvvəsini sınadığı Meksikadakı dünya çempionatında Azərbaycan millisi 9 usta cüdoçu ilə təmsil olunub.
Azad Rəfi
- Baxış: 762