• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 994
— 23.10.2018 14:27

20 yaşlı qızı vurub öldürən sürücü həbs edildi

KepezTV Player

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu paytaxtda sərnişin avtobusunun piyadanı vurub öldürməsi ilə bağlı rəsmi məlumat yayıb. Məlumata görə,oktyabrın 19-da saat 11:30 radələrində paytaxtın Sabunçu rayonu ərazisində Zaur Quliyev 131 saylı marşrut xətti üzrə idarə etdiyi “Daewoo” markalı avtobusu yolun sağ tərəfində saxlayıb sərnişini düşürüb. Bundan sonra avtobusu arxaya doğru hərəkət etdirərkən piyada keçidində yolu keçmək istəyən 20 yaşlı Aysel Məmmədovanı vurub və üzərində keçib. Gənc qız hadisə nəticəsində dünyasını dəyişib. Fakt üzrə cinayət işi açılıb. Zaur Quliyev saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.İstintaq zamanı sürücünün narkotik vasitələrdən istifadə etdiyi müəyyənləşib, sərnişindaşıma ilə məşğul olmasına şərait yaratmış “General Avtocompany” MMC-nin vəzifəli şəxsləri barəsində Bakı şəhər prokurorluğunun İstintaq İdarəsində araşdırmalara başlanılıb.